Bütün xəbərlər
Özbəkistan vətəndaşlarını Rusiya ordusuna qoşulmamağa çağırıb
Tarix: 17-10-2024 20:13 | Bölmə: Karusel

Özbəkistanın Kazandakı Baş Konsulluğunun əməkdaşları həmyerlilərini Rusiya ordusunun, eləcə də digər dövlətlərin silahlı qüvvələrinin sıralarına qoşulmamağa çağırıblar.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, mesaj diplomatik missiyanın rəsmi Telegram kanalında dərc olunub.
Özbəkistan vətəndaşlarına tərəflərdən birinin tərkibində silahlı münaqişələrdə iştiraka görə cinayət məsuliyyətinin olması xatırladılıb. Ölkənin cinayət məcəlləsinə görə, belə cinayətlər beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Bundan əlavə, Özbəkistan vətəndaşı xarici dövlətlərin təhlükəsizlik orqanlarında, polisində, hərbi ədliyyəsində və ya oxşar strukturlarında, o cümlədən hərbi xidmətdə işləyə bilməz. Bunun üçün təxminən 9 milyon sum (təxminən 68 min rubl) cərimə və ya üç ilə qədər həbs cəzası nəzərdə tutulub.


Baxış sayı: 36


Bölməyə aid digər xəbərlər