Bütün xəbərlər
Qeyri-qanuni miqrasiyanın təşkilinə görə polis rəisləri saxlanılıb
Tarix: 17-10-2024 11:12 | Bölmə: Karusel

Tula vilayətində müstəntiqlər FTX-nin regional idarəsi əməkdaşlarının əməliyyat dəstəyi ilə Daxili İşlər Nazirliyinin əməliyyat işləri üzrə polis rəisinin müavinini və narkotiklərlə mübarizə idarəsinin rəisini saxlayıblar.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, istintaq müəyyən etdiyi kimi, Daxili İşlər Nazirliyinin Tula vilayətində yüksək rütbəli bu əməkdaşları 2020-2024-cü illərdə xarici vətəndaşlara müvəqqəti yaşamaq icazəsi üçün kvotaların verilməsi üzrə komissiyanın üzvü olublar.
"Əcnəbilərin yaşayış ünvanları və iş yerləri haqqında komissiya tərəfindən baxılmaq üçün təqdim etdikləri məlumatların etibarsız olduğunu bilərək, pul mükafatı üçün (onlar) kvotaların verilməsi ilə bağlı müsbət qərarlar qəbul etdilər", - RF İK-nin bəyanatında deyilir.
Polis əməkdaşlarının Tula vilayətində qeyri-qanuni miqrasiyanın təşkili ilə məşğul olan cinayətkar birliyin tərkibində fəaliyyət göstərdiyi qeyd edilir.
Şübhəlilər saxlanılıb, xidmət və yaşayış yerlərində axtarışlar aparılır. Rusiya Federasiyasının İstintaq Komitəsi əlavə edib ki, yaxın vaxtlarda onlara qarşı ittiham irəli sürüləcək.
Bu gün səhər saatlarında Kamçatkada təqaüdçünün mənzilində 60 miqrantı qondarma qeydiyyata alması ilə bağlı cinayət işi açıldığı bildirilib.
Bir gün əvvəl Dövlət Duması qeyri-qanuni miqrasiyanın təşkilinə görə cəzaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini birinci oxunuşda qəbul edib.


Baxış sayı: 36


Bölməyə aid digər xəbərlər