Bütün xəbərlər
Çerçesov qazax dili ilə bağlı zarafat etdiyinə görə cərimələnib
Tarix: 16-10-2024 20:45 | Bölmə: Karusel

Futbol üzrə Qazaxıstan milli komandasının baş məşqçisi Stanislav Çerçesov qazax dili ilə bağlı zarafatına görə 150 min rubl cərimələnib. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Tengri Sport" bu barədə Qazaxıstan Futbol Federasiyasının rəhbəri Adlet Barmenkulova istinadən xəbər verir.
Bir gün əvvəl Qazaxıstanın Turizm və İdman Nazirliyi internetdə dərc olunan, jurnalistin Çerçesova qazax dilində “İndi fransızca danışırsanmı?"sual verdiyi barədə Futbol Federasiyasından izahat tələb edib.
“Çerçesovun yumoru, əlbəttə ki, kənara çıxır... Onunla söhbətimiz oldu, ona pul cəzası verildi”- Barmenkulov deyib.
Cərimənin dəqiq məbləği 738 400 Qazaxıstan tengesi (təxminən 146 630 rubl) təşkil edib.
Dünən Qazaxıstan Futbol Federasiyası qazax dilinin təhqir olunması ilə bağlı qalmaqal fonunda Çerçesovun açıqlamasını zarafat adlandırıb.


Baxış sayı: 43


Bölməyə aid digər xəbərlər