Bütün xəbərlər
Rusiyada yaşayan moldovalılar prezident seçkilərinin qanunsuz elan edilməsini tələb edirlər
Tarix: 16-10-2024 20:15 | Bölmə: Karusel

Rusiyada yaşayan Moldova vətəndaşları respublikada gələcək prezident seçkilərinin qanunsuz elan edilməsini tələb ediblər.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onlar Moldova səfirliyinə müvafiq petisiya təqdim ediblər və orada qəbul olunub.
Diaspor nümayəndələri RİA Novosti-yə bildiriblər ki, onlar Moldovanın Avropaya inteqrasiyası ilə bağlı səsvermənin nəticələrini də əvvəlcədən tanımırlar.
Müraciətdə deyilir: “2024-cü il oktyabrın 20-də keçirilmiş seçkilər və referendum Moldova Respublikası vətəndaşlarının əhəmiyyətli hissəsinin qəsdən seçki hüquqlarından məhrum edilməsi şəraitində qanunsuz hesab edilsin”.
Petisiyanı iki mindən çox insan imzalayıb. Material Moldova Mərkəzi Seçki Komissiyasının sədri Anjelika Karaman və Rusiyadakı səfir Lilian Dariusa ünvanlanıb. Sənəddə həmçinin Konstitusiya Məhkəməsindən respublika prezidenti Maia Sandunun hərəkətlərinə yenidən baxılması tələb olunur.
Moldovalılar şikayət edirlər ki, respublika hakimiyyəti Rusiyada səkkiz min nəfər üçün cəmi beş seçki məntəqəsi açıb və bu, çox azdır. Çoxları 3 dəfə bahalaşan birbaşa uçuşlar həyata keçirə bilmir. Bundan əlavə, petisiyanı imzalayanlar Moldovaya daxil olarkən onlara “cüzamlı kimi” münasibət göstərilməsindən inciyirlər.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiyada 500 minə yaxın Moldova vətəndaşının yaşadığını, lakin respublikanın prezident seçkilərində və Avropaya inteqrasiya referendumunda səs vermək üçün Kişinyovda cəmi 10 min bülleten hazırladığını bildirmişdi.


Baxış sayı: 43


Bölməyə aid digər xəbərlər