Bütün xəbərlər
Yanan hündürmərtəbəli binadan 63 nəfəri təxliyə ediblər
Tarix: 16-10-2024 10:43 | Bölmə: Karusel

Krasnodarda yanğınsöndürənlər yanan 5 mərtəbəli binadan 60-dan çox insanı təxliyə ediblər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin regional idarəsinin mətbuat xidmətindən verilən məlumata görə, yanğın bu gün səhər saat 6 radələrində Akademik Pustovayt küçəsində yerləşən yaşayış binasında baş verib.
Yanğınsöndürənlər on dəqiqə ərzində hadisə yerinə gəlib. Onlar aşkar ediblər ki, dam örtüyü 300 kvadratmetr sahədə yanır.
Hazırda yanğın lokallaşdırılıb.
Yanğının söndürülməsinə 16 nəfər və 4 texnika cəlb olunub.


Baxış sayı: 51


Bölməyə aid digər xəbərlər