Bütün xəbərlər
Misirdə avtobusun aşması nəticəsində 7 nəfər ölüb
Tarix: 14-10-2024 22:15 | Bölmə: Karusel

Misirin şimal-şərqində ölümlə nəticələnən qəza baş verib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Süveyş əyalətinin Ayn Soxna yolunda tələbələri daşıyan avtobus aşıb.
Qəza nəticəsində 7 nəfər ölüb, ən azı 25 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
RİA Novosti xəbər verir ki, avtobusda olan 50-dən çox tələbə Əl-Qalala şəhərindən Ayn Soxnaya gedirmiş. Qəza yanacaqdoldurma məntəqəsində baş verib.


Baxış sayı: 56


Bölməyə aid digər xəbərlər