Bütün xəbərlər
Rusiyanın “Neustraşimıy” gəmisi Namibiyaya səfərini başa vurub
Tarix: 14-10-2024 20:02 | Bölmə: Karusel

Baltik Donanmasının patrul gəmisi “Neustraşimıy” dörd günlük səfərini Namibiya Respublikasının Uolfiş Bey limanında başa vuraraq əməliyyat tapşırıqlarını yerinə yetirərək qayıdıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Baltik Donanmasının mətbuat xidməti məlumat yayıb.
Səfər çərçivəsində gəmi komandanlığı şəhər və hərbi rəhbərlərlə görüşüb. “Neustraşimıy”ın ekipajı yanacaq, su və qida ehtiyatlarını artıraraq uzun dəniz səyahətindən dincəlib.
“Neustraşimıy” kimi gəmilərin səfərləri Rusiyanın beynəlxalq dəniz əməliyyatlarında fəal iştirak etməyə və regional sabitliyi qorumağa hazır olduğunu vurğulayır”, - bəyanatda deyilir.
“Neustraşimıy” patrul gəmisi dənizdə gəmilərin müdafiəsini təmin etmək, həmçinin sualtı qayıqları izləmək və məhv etmək üçün nəzərdə tutulub.


Baxış sayı: 60


Bölməyə aid digər xəbərlər