Bütün xəbərlər
Hərbçi Qroznıda yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölüb
Tarix: 13-10-2024 20:11 | Bölmə: Karusel

Qroznıda yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində Sverdlovsk vilayətinin sakini ölüb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  bu barədə “E1.ru” regional portalına mərhumun qohumu məlumat verib. O, Baza Telegram kanalında dərc olunan siyahıda tanış adı görüb.
Yekaterinburq sakini Rusiya Federasiyası Silahlı Qüvvələrində xidmət edib və Qroznıda olub. Əvvəllər həmin şəxsin “KamAZ” sürücüsü işləməsi barədə məlumat yayılsa da, mərhumun yaxınları bunu təkzib etmişdilər.
Bildirilir ki, partlayış baş verən və tankların yüzlərlə metr kənara atıldığı anda kapitan küçədən keçib.
Xatırladaq ki, oktyabrın 12-də Çeçenistanın paytaxtında yanacaqdoldurma məntəqəsində partlayış baş verib. 4 və 6 yaşlı uşaqlar da daxil olmaqla 4 nəfər həlak olub. Beş nəfər yaralanıb.
İstintaqın ilkin versiyasına görə, partlayışa səbəb təhlükəsizlik qaydalarının pozulması olub.


Baxış sayı: 62


Bölməyə aid digər xəbərlər