Bütün xəbərlər
Hamamda baş verən yanğından 3 nəfər xilas edilib
Tarix: 13-10-2024 19:30 | Bölmə: Karusel

Bu gün Moskvanın qərbində yerləşən Oçakov hamamında yanğın baş verib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, binanın üçüncü mərtəbəsi yanıb. Rusiya Fövqəladə Hallar Nazirliyi hadisə barədə özünün Telegram kanalında məlumat yayıb.
30 nəfər binanı özbaşına tərk edə bilib. Biri uşaq olmaqla üç ziyarətçi Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən təxliyə edilib. Onlar həkimlərə təhvil verilib.
Ümumilikdə 5 kvadratmetr ərazini əhatə edən yanğının söndürülməsinə 26 mütəxəssis və 8 ədəd xüsusi texnika cəlb olunub.


Baxış sayı: 62


Bölməyə aid digər xəbərlər