Bütün xəbərlər
Fövqəladə Hallar Nazirliyi hündürmərtəbəli binada partlayış olması ilə bağlı məlumatı təkzib edib
Tarix: 12-10-2024 10:12 | Bölmə: Karusel

Krasnoyarsk diyarının Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi bir sıra Telegram kanallarında yanğın nəticəsində Krasnoyarskda hündürmərtəbəli binanın eyvanında baş verən partlayışla bağlı yayılan məlumatları təkzib edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İdarədən bildirildiyinə görə, güclü partlayışa səbəb balkonun şüşələrinin qırılması olub.
Oktyabrın 12-nə keçən gecə Lesoparkovaya küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Yanğın 15 kvadratmetr ərazini əhatə edib. 4-ü uşaq olmaqla 34 nəfər özbaşına binadan təxliyyə edilib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, onuncu mərtəbədə yanan mənzilin sahibi xəsarət alıb.
Daha sonra bir neçə Telegram kanalı yanğın zamanı partlayış dalğası nəticəsində mənzilin şüşələrinin sındığı barədə məlumat yayıb. Fövqəladə Hallar Nazirliyi bu məlumatı təkzib edərək, yüksək temperatur nəticəsində eyvanın şüşələrinin partladığını, havanın daxil olması səbəbindən yanğının artdığını qeyd edib.


Baxış sayı: 75


Bölməyə aid digər xəbərlər