Bütün xəbərlər
Moldovada Orxey şəhərinin rəhbəri saxlanılıb
Tarix: 11-10-2024 22:22 | Bölmə: Karusel

Moldova Milli Antikorrupsiya Mərkəzi Orxey şəhərinin meri Tatyana Koçyu, onun müavini və şəhər administrasiyasının bir neçə digər əməkdaşını saxlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, TASS agentliyinin “Pobeda” müxalifət blokuna istinadən məlumatına görə, bundan əvvəl onlar axtarışa verilib. Koçu seçicilərə rüşvət verməkdə ittiham olunur.
Həmçinin Moldovada “Pobeda”ya aid təşkilatların üç rəhbəri saxlanılıb. Hüquq-mühafizə orqanlarının fikrincə, onlar Respublikada keçirilən prezident seçkilərinə təsir etməli idilər. Xüsusilə, şübhəlilərin üzərində naməlum mənbələrdən pul aldıqları iddia edilən “Mir” ödəniş sistemi kartları aşkar edilib.
Bu arada Moldovanın keçmiş prezidenti İqor Dodon bildirib ki, baş prokuror İon Muntyanu xüsusi qrup yaradıb, onun vəzifəsi eks-dövlət başçısına qarşı cinayət işlərini araşdırmaqdır.



Baxış sayı: 139


Bölməyə aid digər xəbərlər