Bütün xəbərlər
Lana Lanskaya əri ilə birlikdə "İzvestiya"nın çəkiliş qrupuna hücum edib
Tarix: 11-10-2024 19:39 | Bölmə: Karusel

Nikah agentlikləri ilə bağlı süjetin çəkilişi zamanı “milyonçu ovçu” Lana Lanskaya (əsl adı Svetlana Rojnova) əri ilə “İzvestiya”nın əməkdaşlarına hücum edərək mikrofonu onlardan alıblar.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “narahat suallardan sonra Lanskaya və əri bizim həmkarlarımıza hücum edib, mikrofonu da götürüblər”, – nəşr öz Telegram kanalında yazıb.
Çəkiliş qrupu hadisə yerinə polis çağırıb.
Lana Lanskaya Xoşbəxt Ailə Akademiyasını, yəni elit evlilik agentliyini idarə edir və özünü “milyonerlər üçün ovçu” adlandırır. Onun təşkilatında gələcək gəlinlər ciddi seçim prosesindən keçirlər, sonra isə müəllif proqramına uyğun kurslar keçirlər.


Baxış sayı: 84


Bölməyə aid digər xəbərlər