Bütün xəbərlər
Polis Moskva metrosunu partlatmaqla hədələyən iki nəfəri saxlayıb
Tarix: 11-10-2024 19:14 | Bölmə: Karusel

Polis Moskva metrosunda partlayış törətmək niyyətində olduqlarını bildirən iki nəfəri saxlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Moskva Metropoliteninin Daxili İşlər İdarəsinin bildirdiyinə görə, ilk öncə ayıq-sayıq sərnişinlər Sokolniçeskaya xəttində vaqonda partlayıcı qurğu olduğunu bəyan edən bir adam barədə məlumat veriblər. Daha sonra polisə məlumat daxil olub ki, Taqansko-Krasnopresnenskaya xəttində yerləşən “Şçukinskaya” stansiyasının girişində başqa bir şəxs metroda partlayış törədəcəyi ilə bağlı hədələr səsləndirir. Daxili İşlər Nazirliyinin əməkdaşları stansiyalara və ətraf əraziyə baxış keçiriblər.
Bir neçə saat ərzində Moskva yaxınlığındakı Korolev şəhərinin 36 yaşlı sakini və Volqoqrad vilayətindən olan 60 yaşlı kişi saxlanılıb. Onlar sərxoş olduqlarını əsas gətirərək, hərəkətlərinin motivini izah edə bilməyiblər. Barəsində terror aktı haqqında yalan məlumat verməyə görə məsuliyyət nəzərdə tutan maddə ilə cinayət işi açılan şübhəlilər öz ərizələri ilə sərbəst buraxılıblar.


Baxış sayı: 78


Bölməyə aid digər xəbərlər