Bütün xəbərlər
İspaniya altı "Hawk" hava hücumundan müdafiə sistemi buraxılış qurğusunu Ukraynaya təhvil verəcək
Tarix: 11-10-2024 10:44 | Bölmə: Karusel

İspaniya Ukraynaya altı "MIM-23 Hawk" hava hücumundan müdafiə raket buraxılış qurğusu verəcək.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə “Defence 24” nəşri məlumat yayıb.Havadan müdafiə sistemi yaxın vaxtlarda Kiyevə veriləcək.
“Müvafiq qərar sentyabrda Ukrayna üzrə təmas qrupunun iclasında qəbul edilib”, - deyə, nəşr yazır.
Respublika Ukraynaya hədiyyə edilən kompleksləri NASAMS sistemi ilə əvəz etməyi planlaşdırır. Ümumilikdə, münaqişə zamanı Kiyev müttəfiqlərdən dörd batareya aldı (hər biri ABŞ və İspaniyadan iki).
Qeyd edək ki, "MIM-23 Hawk" mobil hərbi orta mənzilli zenit-raket kompleksidir. 20-ci əsrin 50-ci illərində Raytheon tərəfindən hazırlanmışdır.
Ümumilikdə 1700 buraxılış qurğusu istehsal edilib. Sistem 30-a yaxın ölkədə xidmətdədir.



Baxış sayı: 191


Bölməyə aid digər xəbərlər
29-06-2025, 10:27 Alovlanan katamaran batıb