Bütün xəbərlər
Uşaq alverində təqsirləndirilən Yuliya Loginova istintaq təcridxanasından buraxılıb
Tarix: 10-10-2024 20:07 | Bölmə: Karusel

Moskvanın Preobrajenski Məhkəməsi uşaq alverində təqsirləndirilən çoxuşaqlı anası Yuliya Loginova barəsində həbs qətimkan tədbirini yumşaldıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qadın istintaq təcridxanasından buraxılıb, lakin o, müəyyən hərəkətlərə qadağaya əməl etməli olacaq.
Səs-küylü işdə 3 nəfər çoxuşaqlı ana olmaqla 13 nəfər iştirak edir. Müstəntiqlərin sözlərinə görə, 2018-2019-cu illərdə Loginova şəriki Natalya Patoka ilə birlikdə övladlarını tərk etmək istəməyən çətin vəziyyətdə olan hamilə qadınlar üçün sığınacaqlar təşkil edib. Doğuşdan sonra saxta sənədlərlə bu uşaqları öz uşaqları kimi qeydə alıblar. Loginovanın himayəsində olan 15 uşağı var.



Baxış sayı: 134


Bölməyə aid digər xəbərlər