Bütün xəbərlər
İstintaq Paşayevin digər dələduzluq epizodlarında iştirakını yoxlayır
Tarix: 10-10-2024 01:28 | Bölmə: Karusel

İstintaq orqanları Elman Paşayevin digər dələduzluq epizodlarında iştirakını yoxlayır.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  TASS bu barədə hüquq-mühafizə orqanlarına istinad edib.
Bildirilir ki, cinayət işi üzrə aparılan istintaq zamanı yeni epizodlar yarana bilər. İstintaq orqanları ittihamların genişləndirilməsi imkanlarını nəzərdən keçirir.
Xüsusilə külli miqdarda (46 milyon rubldan çox) dələduzluq ittihamı ilə hərbi müstəntiqlər tərəfindən saxlanılan keçmiş vəkil Elman Paşayev istintaqla əməkdaşlıqdan imtina edib. Artıq onun işi üzrə 3 şahid dindirilib.
Paşayev noyabrın 15-dək istintaq təcridxanasında qalacaq. Onu 10 ilə qədər həbs və 1 milyon rubla qədər cərimə gözləyir.



Baxış sayı: 138


Bölməyə aid digər xəbərlər