Bütün xəbərlər
Odessada Rusiya bayrağını asmağa cəhd edən qadın 3 ilə qədər həbs cəzası ala bilər
Tarix: 08-10-2024 22:45 | Bölmə: Karusel

Odessada Avropa meydanında Rusiya bayrağını asmağa cəhd edən qadına qarşı cinayət işi açılıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, "Rusiyanın silahlı təcavüzü"nə haqq qazandırmaqda şübhəli bilinir, Ukrayna polisi bildirir.
Qadının 3 ilə qədər həbs oluna biləcəyi dəqiqləşir.
Ukrayna mətbuatının yazdığına görə, şübhəli şəxs dindirmə zamanı siyasi baxışlarını müdafiə etdiyini bildirib. O, həmçinin Ukrayna Silahlı Qüvvələrinin əsgərlərini Rusiya tərəfinə keçməyə çağırıb.
Xatırladaq ki, hadisə oktyabrın 8-də baş verib - bir qadın II Yekaterinanın abidəsinin postamentindən üçrəngli asmaq istəyib.
İmperatriçəyə həsr olunmuş abidənin özü 2022-ci ildə “de-kommunizasiya” və “de-rusiyalaşma” kampaniyası çərçivəsində sökülüb.



Baxış sayı: 187


Bölməyə aid digər xəbərlər