Bütün xəbərlər
Keçmiş polis əməkdaşları məktəbli qızın qətlini etiraf etməyiblər
Tarix: 07-10-2024 23:48 | Bölmə: Karusel

Novosibirsk vilayətinin ümumi yurisdiksiya məhkəmələrinin məlumatına görə, 15 yaşlı qızı qəsdən öldürməkdə təqsirli bilinən keçmiş Novosibirsk polisləri bu işdə özlərini təqsirli bilməyiblər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, cinayət 2010-cu ildə törədilib. İstintaqın məlumatına görə, Ust-Tarkski rayonunda polis əməkdaşları Maksim Kudryavtsev və Evgeni Bartolomei yolda məktəbli qızı vurublar. Cəzadan yayınmaq üçün uşağı öldürmək qərarına gəliblər. Həmin şəxslər öz qulluq mövqelərindən istifadə edərək cinayətin izini gizlədiblər.
Keçmiş hüquq-mühafizə orqanlarının əməkdaşları qətl, adam oğurluğu və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunurlar. Onlar öz günahlarını inkar edirlər.



Baxış sayı: 137


Bölməyə aid digər xəbərlər