Bütün xəbərlər
Yol polisi əməkdaşı 3 milyon rubl rüşvətlə bağlı həbs edilib
Tarix: 05-10-2024 22:30 | Bölmə: Karusel

Rostov vilayətinin məhkəməsi Dövlət Yol Müfəttişliyinin əməkdaşını korrupsiya işi üzrə həbs edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,o, 3 milyon rubl məbləğində rüşvətin verilməsində vasitəçilik etməkdə şübhəli bilinir.
Rusiya İstintaq Komitəsinin regional idarəsinin Telegram kanalına istinadən xəbər verir ki, polis kapitanı tabeliyində olanların cinayət cəzasından yayınması üçün bu pulu “naməlum hüquq-mühafizə orqanlarının əməkdaşlarına” verməli olub.
Cinayət işi üzrə istintaq hərəkətləri aparılır.
Cinayəti törədən hallar və şəxslər müəyyən edilir.



Baxış sayı: 131


Bölməyə aid digər xəbərlər