Bütün xəbərlər
Moskvada iki vəkil 30 milyon rubl rüşvətlə bağlı həbs edilib
Tarix: 05-10-2024 19:46 | Bölmə: Karusel

Moskva məhkəməsi korrupsiya işi ilə bağlı iki vəkili 2024-cü il dekabrın 3-dək həbsdə saxlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onlar 30 milyon rubldan çox məbləğdə rüşvətxorluqda vasitəçilik etməkdə şübhəli bilinirlər.
Belə ki, Moskvanın Zamoskvoretski Rayon Məhkəməsi şübhəli hüquq müdafiəçiləri Pavel Nikolaeviç Şevtsov və İqor Aleksandroviç Uşkalovun barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı ibtidai istintaq orqanlarının vəsatətlərini təmin edib. Bu barədə Moskvanın ümumi yurisdiksiya məhkəmələrinin məlumatında deyilir.
Hüquq-mühafizə orqanlarındakı mənbənin TASS-a verdiyi məlumata görə, Şevtsov və Uşkalov Moskva vilayətinin Vəkillər Kollegiyasının üzvləri olublar.
Hüquq müdafiəçilərini 15 ilə qədər həbs gözləyir.



Baxış sayı: 133


Bölməyə aid digər xəbərlər