Bütün xəbərlər
ABŞ kəşfiyyat orqanları oktyabrın 7-də mümkün ekstremist zorakılıqlar barədə xəbərdarlıq ediblər
Tarix: 05-10-2024 13:08 | Bölmə: Karusel

Federal Təhqiqatlar Bürosu və ABŞ Daxili Təhlükəsizlik Departamenti oktyabrın 7-də, Qəzzada silahlı qarşıdurmanı başlatan HƏMAS-ın İsrailə hücumunun birinci ildönümündə ölkədə potensial ekstremist zorakılıqlar barədə xəbərdarlıq edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
İki departamentin fikrincə, bu gün nifrət cinayətləri törədən insanlar üçün “həvəsləndirici amil” ola bilər.
Ötən il oktyabrın 7-də İsrail Qəzza zolağından görünməmiş raket hücumuna məruz qalıb. Bundan sonra Həmas döyüşçüləri sərhəd bölgələrinə daxil olaraq hərbçilərə və mülki şəxslərə atəş açaraq 200-dən çox insanı girov götürüblər.



Baxış sayı: 139


Bölməyə aid digər xəbərlər