Bütün xəbərlər
"Zenit"in oyununda oyuncaq vertolyotu havaya buraxan üç yeniyetmə cərimələnəcək
Tarix: 03-10-2024 19:41 | Bölmə: Karusel

Sankt-Peterburqda "Zenit" və "Tolyatti Akron" komandaları arasında futbol matçında radio ilə idarə olunan helikopteri havaya buraxan 3 yeniyetmə inzibati məsuliyyətə cəlb edilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onlar Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin rəsmi idman yarışları zamanı davranış qaydalarının pozulması maddəsi ilə protokol tərtib ediblər. İndi gənc azarkeşlər 3 min rubldan 20 min rubla qədər cərimələnə bilər, "Fontanka" nəşri yazır.
"Zenit" - "Akron" matçı oktyabrın 2-də "Qazprom Arena"da baş tutub. Bir anda meydançanın üzərində qəfildən oyuncaq vertolyot peyda oldu. Oyuncaq "Zenit"in yarımmüdafiəçisi Vendelə dəyib və qazona düşüb. Bu səbəbdən matçda məcburi fasilə elan olunub. O, "Zenit"in 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.


Baxış sayı: 52


Bölməyə aid digər xəbərlər