Bütün xəbərlər
Kazan hava limanının fəaliyyətinə qoyulan məhdudiyyətlər aradan qaldırılıb
Tarix: 03-10-2024 10:34 | Bölmə: Karusel

Kazanda yerli hava limanının fəaliyyətinə qoyulan müvəqqəti məhdudiyyətlər aradan qaldırılıb, bu barədə FAVT-nin mətbuat katibi Artem Korenyako bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Moskva vaxtı ilə saat 08:59-da Kazan hava limanına təyyarələrin gəlişi və buraxılmasına qoyulan məhdudiyyətlər aradan qaldırıldı", o, şəxsi Telegram kanalında yazıb.
Federal Hava Nəqliyyatı Agentliyinin nümayəndəsi əlavə edib ki, məhdudiyyətlər mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün tətbiq edilib. Digər təfərrüatlar verilməyib.
Kazan hava limanının fəaliyyətinə məhdudiyyətlər oktyabrın 3-də səhər saatlarında məlum olub. Omsk, Hurqada və Çelyabinskdən oraya uçan təyyarələr Samara və Beqişevodakı alternativ aerodromlara yönləndirilib.
Oxşar məhdudiyyətlər Nijnekamsk hava limanında da tətbiq edilib. Görülən tədbirlərin səbəbləri izah edilməyib.


Baxış sayı: 51


Bölməyə aid digər xəbərlər