Bütün xəbərlər
Terror aktı törədilib, keçmiş hakimin avtomobili partladılıb
Tarix: 02-10-2024 21:31 | Bölmə: Karusel

Çərşənbə günü Zaporojye vilayətinin Berdyansk şəhərində terror aktının törədildiyi məlum olub, bu barədə Yeni Regionların İnteqrasiyası üzrə Koordinasiya Şurasının həmsədri Vladimir Roqov məlumat verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hücum edənlərin hədəfi avtomobilinə partlayıcı quraşdırılmış keçmiş hakim olub.
"Agentlik həmsöhbətinin sözlərinə görə, hazırda Rusiya Federasiyasının məhkəmə sistemində çalışan keçmiş ukraynalı hakim sağdır, onun sağlamlığı üçün heç bir təhlükə yoxdur", - məlumatda deyilir.
Vladimir Roqov da terrorçuların məqsədlərinə çata bilmədiklərini təsdiqləyib.
Xatırladaq ki, əvvəllər Çitada onlar lokomotivi, 20 rele şkafını və transformator yarımstansiyasını yandıran, həmçinin Primorsk diyarının hərbi hissələrindən birində terror aktı törətmək niyyətində olan diversantları mühakimə etmişdilər. Onlar "Su-30 SM" və "Su-35" çoxməqsədli qırıcıları yandırmaq istəyirdilər.



Baxış sayı: 109


Bölməyə aid digər xəbərlər
1-11-2024, 22:57 Sərnişin avtobusu aşıb