Bütün xəbərlər
İsrail hava məkanını bağlayıb
Tarix: 01-10-2024 22:05 | Bölmə: Karusel

Yerli telekanallar ölkənin hava məkanının bağlanması barədə məlumat yayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İsrailin paytaxtına uçan təyyarələr dövlət ərazisinə hava zərbələrinin endirilməsi ilə əlaqədar olaraq geri dönür və trayektoriyasını dəyişir.
"Flightradar" saytının məlumatına görə, Moskva Domodedovodan Təl-Əvivə uçan LY612 reysi İsrailə yaxınlaşarkən dönüb. Digər təyyarələr, o cümlədən Soçi və Milandan uçan təyyarələr də trayektoriyasını dəyişməli olub. Onlar Kiprdə eniş etməyi planlaşdırırlar.
Bundan əvvəl İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) "Hizbullah" lideri Həsən Nəsrullah və İran İnqilabı Keşikçiləri Korpusu Qüds Qüvvələrinin komandiri Abbas Nilforuşanın atəşə tutulması nəticəsində həlak olmasına cavab olaraq İsrailə hava hücumu təşkil etdiyini açıqlamışdı. Beyrut.
İran silahlı qüvvələri İsrail torpaqlarına 200-500 ballistik raket atıb. Bundan əvvəl ABŞ-ın İranın hücumu halında Yaxın Şərqə öz qoşunlarını yerləşdirməyə hazırlaşdığı barədə məlumatlar peyda olmuşdu.


Baxış sayı: 62


Bölməyə aid digər xəbərlər