Bütün xəbərlər
Tümen vilayəti müsəlmanlarının başçısına hücum edilib
Tarix: 01-10-2024 17:26 | Bölmə: Karusel

Tümen vilayətində vilayət Müsəlmanları Ruhani İdarəsinin sədri, müfti Zinnət Sadıkov hücuma məruz qalıb, insident sentyabrın 30-da baş verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hücum edəndə çəkic və gözyaşardıcı qaz qutusu olduğu bildirilir. Hadisə nəticəsində müfti ciddi xəsarət almayıb. Hücum edən şəxs saxlanılıb. O, həbsi zamanı bildirib ki, Sadıqova əvvəllər rayonda saxlanılan radikal psevdodini cərəyanların tərəfdarlarının qisasını almaq niyyəti ilə hücum edib.
Müsəlmanların Ruhani İdarəsi din qardaşlarını tədbirliliyi, asayişi qorumağa çağırıb.
Hüquq-mühafizə orqanları hadisə ilə bağlı hələlik şərh verməyib.
Bundan əvvəl Mariupolda FSB əməkdaşları Belqorodda məscidi yandırmaq istəyən yerli sakinləri saxlayıblar. Saxlanılan şəxslər etiraf ediblər ki, yanğında məqsəd xristianlar və müsəlmanlar arasında düşmənçiliyi qızışdırmaq olub. Onlar Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə hərəkət etdiklərini qeyd ediblər.


Baxış sayı: 89


Bölməyə aid digər xəbərlər