Bütün xəbərlər
Moskvada naməlum şəxslər 360 telekanalının jurnalistlərinə hücum ediblər.
Tarix: 30-09-2024 19:46 | Bölmə: Karusel

360 telekanalının jurnalistləri naməlum şəxslərin hücumuna məruz qalıb. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə Moskvanın Bitsevski meşəsində baş verib.
Hadisə barədə telekanalın Telegram kanalında məlumat verilib. Hücum Uzkoye kəndində evlərin söküldüyü yerdə baş verib. Qeyd olunur ki, müxbir Aleksandr Moloçko redaktor tapşırığını yerinə yetirərkən döyülüb.
Telekanal onu da bildirir ki, çəkiliş qrupu yerli sakinlərin dəvəti ilə gəlib. Onlar hesab edirlər ki, torpağın bir hissəsi xüsusi mühafizə olunan ərazi statusundan çıxarılıb. O cümlədən, 1920-ci ildə tikilmiş ikimərtəbəli evin sökülməsi nəzərdə tutulur.
Bundan əvvəl Krasnoqorskda VGTRK-nın çəkiliş qrupuna hücum edən mühafizə şirkətinin direktoru 1,5 il müddətinə azadlıqdan məhrum edilib.


Baxış sayı: 67


Bölməyə aid digər xəbərlər