18:51 / 06-10-2024
Ayı güllələnib
Bütün xəbərlər
Danimarka Ukraynaya Rusiya Federasiyasının dondurulmuş aktivlərindən əldə edilən 434 milyon dollardan çox vəsait göndərəcək
Tarix: 29-09-2024 18:16 | Bölmə: Karusel

Ukraynanın müdafiə müəssisələri Danimarkadan 628 milyon dollar dəyərində silah alacaq.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, müvafiq niyyət sazişini iki ölkənin müdafiə nazirləri Troels Lund Poulsen və Rustem Umerov imzalayıblar.
Onların bu məbləğin böyük hissəsini, yəni 434 milyonunu Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirdən götürmək istədikləri dəqiqləşdirilir. Qalan pulu Danimarka özü verəcək.
Daha əvvəl Avropa Komissiyasının sədr müavini Valdis Dombrovskis bildirmişdi ki, Avropa İttifaqı Ukraynanın Rusiya aktivlərindən vəsaitlərin istifadəsini məhdudlaşdırmağı planlaşdırmır. Kiyev rejimi bu pulu öz mülahizəsinə uyğun xərcləyə biləcək.
Dombrovskis əlavə edib ki, AK Ukraynaya 35 milyard avro köçürmək niyyətindədir.


Baxış sayı: 77


Bölməyə aid digər xəbərlər