18:51 / 06-10-2024
Ayı güllələnib
Bütün xəbərlər
İranın Birinci vitse-prezidenti: "Nəsrullahın öldürülməsi İsraili məhv edəcək"
Tarix: 28-09-2024 21:20 | Bölmə: Karusel

Livanın "Hizbullah" şiə hərəkatının baş katibi Həsən Nəsrullahın öldürülməsinin nəticəsi İsrailin məhvi olacaq.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu fikri İranın birinci vitse-prezidenti Məhəmməd Rza Aref deyib.
Siyasətçi əmin edib ki, İslam müqavimət qüvvələri "Hizbullah", HƏMAS və Yəmənin üsyançı hərəkatı "Ənsar Allah" (husilər) kimi müsəlman yaraqlı qruplara dəstəyini davam etdirəcək.
Bundan əvvəl İsrail Müdafiə Qüvvələrinin (İDF) Beyruta endirdiyi zərbə nəticəsində şiə "Hizbullah" hərəkatının lideri Həsən Nəsrullah öldürülüb. Rusiya Xarici İşlər Nazirliyi hadisəni siyasi qətl hesab etdiyini və İsrailin hərəkətlərini qətiyyətlə pislədiyini bildirib.
İsrail ordusu bununla kifayətlənməyəcəyini bildirib və İsrail ordusu indi “növbəti kritik hərəkətləri hazırlamağa” gedir.


Baxış sayı: 79


Bölməyə aid digər xəbərlər