Bütün xəbərlər
Tramp Zelenski ilə görüşəcək
Tarix: 27-09-2024 08:15 | Bölmə: Karusel

ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Nyu-Yorkdakı “Trump Tower”də Vladimir Zelenski ilə görüşəcək.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Tramp Zelenskidən görüş tələb edən məktub alıb və Zelenski Trampı “əziz Donald” adlandırıb. “Time” jurnalı Zelenskinin Trampla Mar-a-Laqo iqamətgahında görüşməyə razı olmadığını, çünki belə bir addımın Trampın namizədliyinə dəstək ifadəsi kimi qəbul oluna biləcəyini yazıb.
Zelenski ABŞ-a səfərinə sentyabrın 22-də Skranton şəhərindəki sursat istehsalı zavodunu ziyarət edərək başlayıb. Respublikaçılar bu səfərin federal məmurların vəzifə yerinə yetirərkən siyasi işlərlə məşğul olmasını qadağan edən ABŞ qanunlarını pozduğu üçün araşdırmaya çağırıblar.
Tramp Zelenskini ABŞ-a hər səfəri Vaşinqtonun çoxmilyardlı yardımı ilə başa çatan cəngavər adlandırıb.


Baxış sayı: 47


Bölməyə aid digər xəbərlər