Bütün xəbərlər
Daha bir italyan jurnalist Kursk vilayətində reportajı qanunsuz olaraq lentə alıb
Tarix: 26-09-2024 22:15 | Bölmə: Karusel

İtalyan jurnalist Davide Maria de Luca qeyri-qanuni olaraq Kursk vilayətində reportaj hazırladı; onun materialı sentyabrın 26-da Domani nəşrinin saytında dərc olundu.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, italyan öz materialını “Kiyev əsgərləri ilə birlikdə işğal olunmuş Rusiyada həyat” adlandırdı. Jurnalist ukraynalı yaraqlıların müşayiəti ilə Rusiya Federasiyasının sərhədini qanunsuz keçib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova artıq öz Telegram kanalında bu xəbərə diqqət çəkib və İtaliya diplomatlarının bu materialdan dərhal xəbər tutacağına ümid etdiyini bildirib.
Bundan əvvəl Zaxarova Kursk sərhəd bölgəsində qeyri-qanuni reportajlar çəkən xarici jurnalistlərin şövqünü tənqid edib.



Baxış sayı: 132


Bölməyə aid digər xəbərlər