Bütün xəbərlər
Mask, pedofillərin orada sərbəst buraxıldığı bir vaxtda Londona getməməyə çağırıb
Tarix: 26-09-2024 22:03 | Bölmə: Karusel

İş adamı Elon Mask insanları Böyük Britaniyada pedofillərin sərbəst buraxıldığı və sosial şəbəkələrdəki paylaşımlarına görə həbs edildiyi bir vaxtda bu ölkəyə səyahətləri dayandırmağa çağırıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə milyarder X sosial şəbəkəsində yazıb.
Sentyabrın 26-da Britaniya hökuməti Maskı Beynəlxalq İnvestisiya Forumuna dəvət etməkdən imtina edib. Səbəb kimi iş adamının X-dəki yazıları göstərilib. Xüsusilə, Mask krallıqda vətəndaş müharibəsi olacağını proqnozlaşdırıb və baş nazir Keir Starmeri tənqid edib.
Bundan əlavə, 2024-cü ilin avqustunda 100-dən çox britaniyalı X sosial şəbəkəsindəki yazılarına görə təqsirli bilinərək həbs cəzasına məhkum edilib. Məsələn, 26 yaşlı gənc qeyri-qanuni miqrantlarla problemin həllinə çağırdığı üçün üç il cəza alıb.



Baxış sayı: 128


Bölməyə aid digər xəbərlər