Bütün xəbərlər
Minsk "Kalinovski alayı"nı terror təşkilatı kimi tanıyıb
Tarix: 25-09-2024 19:41 | Bölmə: Karusel

"Kalinovski alayı" terror təşkilatı kimi tanınıb. Bu barədə BELTA Telegram kanalı məlumat yayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Məhkəmə "Kastus Kalinovskaq adına polk" ekstremist birləşməsini tərkib strukturları ilə terror təşkilatı kimi tanıyıb", - Belarus agentliyi yazır.
Qərar Baş prokurorun vəsatəti əsasında Ali Məhkəmə tərəfindən qəbul edilib. Məhkəmə iclasında alaya məxsus ekstremist təfəkkürlü vətəndaşların Belarusda terror aktlarının hazırlanmasında iştirakı müəyyən edilib.
Bundan əlavə, təşkilatın üzvləri terrorçuları cəlb edib, onlara təlim keçib, terror fəaliyyətini maliyyələşdirib. Qanunsuz hərəkətlər nəticəsində ölkədə terror aktları və ekstremist xarakterli digər cinayətlər törədilib. Hüquq-mühafizə orqanları onların bir qisminin qarşısını ala bilib.



Baxış sayı: 137


Bölməyə aid digər xəbərlər