Bütün xəbərlər
Tambov yaxınlığında yüngül təyyarə sərt eniş edib
Tarix: 25-09-2024 11:16 | Bölmə: Karusel

Tambov vilayətinin Berezka kəndi yaxınlığında yüngül təyyarə sərt eniş edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə məlumatına görə, hadisə yerinə xilasedicilər və yanğınsöndürənlərdən ibarət əməliyyat qrupu gedir.
Təcili eniş sentyabrın 25-də Moskva vaxtı ilə saat 8.55-də baş verib.
Fövqəladə vəziyyətlə bağlı məlumat dəqiqləşdirilir. Hələlik ölən və yaralananlar barədə məlumat yoxdur.
Bir gün əvvəl Altay diyarında "SP-30" yüngül təyyarəsi elektrik xətlərinə ilişərək qəzaya uğrayıb.


Baxış sayı: 46


Bölməyə aid digər xəbərlər
20-09-2024, 09:23 Zəlzələ baş verib