Bütün xəbərlər
"Hizbullah" İsrailə 65-dən çox raket atıb
Tarix: 24-09-2024 12:34 | Bölmə: Karusel

İsrail Livandan güclü raket hücumuna məruz qalıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ümumilikdə, "Hizbullah" çərşənbə axşamı səhər ölkənin şimal hissəsinə 65-dən çox raket atıb.
Döyüş başlıqlarının bəziləri yəhudi hava hücumundan müdafiə sistemi tərəfindən uğurla ələ keçirilib. Qalanları əkin sahələrinə və yaşayış massivlərinə düşüb. Təcili yardım xidmətləri hadisə yerindədir.
“Times of Israel”in məlumatına görə, itki yoxdur. 58 yaşlı qadın xəsarət alıb. O, xəstəxanaya aparılıb.
Bu arada İsrail Müdafiə Qüvvələri Livan ərazisinə zərbələr endirməkdə davam edir. Təkcə son 24 saat ərzində İDF "Hizbullah"ın 1600 hərbi obyektinin məhv edildiyini bildirib.


Baxış sayı: 59


Bölməyə aid digər xəbərlər
20-09-2024, 09:23 Zəlzələ baş verib