Bütün xəbərlər
Avaça körfəzində itən balıqçılar Kamçatkada tapılıb
Tarix: 24-09-2024 11:17 | Bölmə: Karusel

Kamçatka ərazisində itkin düşən balıqçıların axtarışları uğurla başa çatıb. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onlar tapılıb və balıq ovuna davam edirlər, Fövqəladə Hallar Nazirliyi Telegram kanalında xəbər verir.
Bundan əvvəl Avaça körfəzindəki Povorotnı burnu yaxınlığında üç nəfərin olduğu gəminin itdiyi bildirilirdi. Onların axtarışı təşkil edilib - Fövqəladə Hallar Nazirliyi müvafiq videonu sosial şəbəkələrdə yayıb.
Əvvəlcə yoldaşları itkin düşənləri axtarmağa başlasalar da, tapa bilməyiblər. Daha sonra xilasedicilər cəlb olunub.


Baxış sayı: 59


Bölməyə aid digər xəbərlər
20-09-2024, 09:23 Zəlzələ baş verib