Bütün xəbərlər
Yaponiya Rusiyanın "İl-38" təyyarəsinə görə qırıcı təyyarələrini qaldırdı
Tarix: 23-09-2024 21:53 | Bölmə: Karusel


Yaponiya hərbçiləri Rusiyanın "İl-38" sualtı qayıq əleyhinə təyyarəsini hava məkanını pozmaqda ittiham edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi və müdafiə naziri Minoru Kiharanın sözlərinə görə, Rusiya döyüş maşınları Rebun adası ərazisində Yaponiya sərhədini üç dəfə pozub.
Yaponiya Hava Özünümüdafiə Qüvvələri bölgəyə döyüş təyyarələri göndərib. Hərbçilər aydınlaşdırıblar ki, onlar adi xəbərdarlıqlarla yanaşı, siqnal məşəllərindən də istifadə ediblər.
"İl-38" Rusiyaya məxsus turbovintli sualtı qayıq əleyhinə təyyarədir. Onun əsas vəzifəsi sualtı qayıqları və yerüstü gəmiləri aşkar etməkdir. Axtarış-xilasetmə əməliyyatlarında da istifadə oluna bilər.
Təyyarənin ekipajı 7 nəfərdən ibarətdir. "İl-38"in döyüş radiusu 2200 kilometrdir.



Baxış sayı: 128


Bölməyə aid digər xəbərlər