18:51 / 06-10-2024
Ayı güllələnib
Bütün xəbərlər
Rospotrebnadzor Hindistanda 15 nəfərin ölümünə səbəb olan naməlum xəstəliyi izləyir
Tarix: 23-09-2024 12:31 | Bölmə: Karusel

Rospotrebnadzor Hindistanda 15 nəfərin ölümünə səbəb olan naməlum xəstəlik haqqında məlumatları izləyir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "mətbuatda yayılan məlumatlara görə, Hindistanın qərb hissəsində 15 nəfər naməlum xəstəlikdən ölüb, səbəbi hələ müəyyən edilməyib", - departamentdən bildiriblər.
Epidemiya bölgədə güclü yağış və daşqınla eyni vaxta düşüb.
Departament, həmçinin xatırladıb ki, Rusiya sərhədindən keçən keçid məntəqələrində Perimetr AIS davamlı olaraq fəaliyyət göstərir - bu sistem epidemiya risklərini təhlil etməyə və yoluxucu xəstəlik əlamətləri olan vətəndaşları müəyyən etməyə imkan verir.
Bundan əvvəl Rospotrebnadzor Hindistanda Nipah virusuna görə pisləşən epidemioloji vəziyyəti nəzarətə götürüb. Sonra rusiyalı mütəxəssislər virusu aşkar edən diaqnostik test sistemi hazırlayıblar.


Baxış sayı: 104


Bölməyə aid digər xəbərlər