Bütün xəbərlər
Şimali Koreya Cənubi Koreyaya daha bir zibil balonları partiyası buraxıb
Tarix: 23-09-2024 09:16 | Bölmə: Karusel

Cənubi Koreyanın "Yonhap" agentliyi xəbər verir ki, KXDR zibillə dolu 160-a yaxın hava şarını Cənubi Koreyaya buraxıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin (JCS) məlumatına görə, KXDR çərşənbədən cümə axşamına keçən gecə 160-dan çox hava şarını havaya buraxıb.
İçərisində zibil torbaları olan 30-a yaxın şar Seulu əhatə edən Gyeonggi əyalətinin şimal bölgələrinə və Seulun kənarlarına düşüb. Çantalarda məişət tullantıları, kağız və plastik butulkalar olub. Lakin heç bir təhlükəli maddə aşkar edilməyib.
Şimali Koreya may ayından bəri Cənubi Koreyaya 21 dəfə zibillə doldurulmuş minlərlə şar buraxıb. Seul davamlı olaraq KXDR-ə hökumət əleyhinə vərəqələr olan şarlar göndərir.


Baxış sayı: 59


Bölməyə aid digər xəbərlər
20-09-2024, 09:23 Zəlzələ baş verib