Bütün xəbərlər
Harris oktyabrın 23-də Trampla debatların ikinci raundunun keçirilməsinə razılıq verib
Tarix: 22-09-2024 02:06 | Bölmə: Karusel

Demokratlardan prezidentliyə namizəd Kamala Harris CNN-in oktyabrın 23-də Respublikaçı namizəd Donald Trampla debatların ikinci raundunun keçirilməsi təklifini qəbul etdiyini açıqlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "oktyabrın 23-də keçiriləcək ikinci prezident debatında iştirak etməyi səbirsizliklə gözləyirəm. Ümid edirəm ki, Donald Tramp da mənə qoşulacaq", - Harris sosial mediadakı X səhifəsində yazıb.
Trampın özü hələ ki, kanalın təklifinə cavab verməyib. O, bundan əvvəl seçki müzakirələrində iştirak etməyəcəyini bildirmişdi.
Sentyabrın 10-da Harris və Tramp arasında prezidentlik debatının birinci raundu baş tutub. Müzakirə nəticəsində Respublikaçılar Partiyasından olan namizəd bildirib ki, debat iştirakçılardan birinin xeyrinə keyfiyyət üstünlüyü olmadan başa çatsa da, rəqibi uduzub.


Baxış sayı: 73


Bölməyə aid digər xəbərlər
20-09-2024, 09:23 Zəlzələ baş verib