Bütün xəbərlər
Kiyevdə hərbi komissarlığın əməkdaşları ABŞ vətəndaşını saxlayıblar
Tarix: 22-09-2024 02:02 | Bölmə: Karusel

Hərbi uçotu aparan və vətəndaşları səfərbər edən Kiyev ərazi mərkəzinin əməkdaşları amerikalını küçədə saxlasalar da, onu buraxmağa məcbur olublar.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ABŞ vətəndaşının sözlərinə görə, işə gedərkən onu “Lıbidskaya” metrostansiyasında hərbi komissarlıq işçiləri qarşılayıb. Bu barədə Ukraynanın “Strana.ua” portalı məlumat yayıb.
O, saytda yerləşdirilən videoda "Mən amerikalıyam. Onlar mənə toxuna bilməzlər" deyir.
Kişi Ukrayna vətəndaşı olmadığını izah etdikdən sonra sərbəst buraxılıb.
Bundan əvvəl Lvovda əldəetmə mərkəzinin əməkdaşları Britaniya vətəndaşını da saxlayıblar. Vəziyyəti aydınlaşdırandan sonra onu da saxlamayıblar.
Ukraynada kütləvi səfərbərlik baş verir, buna görə hərbi yaşda olan kişilər ölkəni tərk etməyə çalışırlar. Kiyev hakimiyyəti işəgötürəndən 20-30 min qrivna ödəməklə cəbhəyə səfərbərlikdən qaçmağa imkan verən “iqtisadi rezervasiya” tətbiq edir.


Baxış sayı: 77


Bölməyə aid digər xəbərlər
20-09-2024, 09:23 Zəlzələ baş verib