Bütün xəbərlər
IDF: Beyrutda təşkil edilən hücumda 16 "Hizbullah" komandiri öldürülüb
Tarix: 22-09-2024 01:49 | Bölmə: Karusel

İsrail Müdafiə Qüvvələri (IDF) Beyrutun ətrafına endirilən zərbə zamanı təkcə Livanın "Hizbullah" hərbi hərəkatının yüksək səviyyəli komandiri İbrahim Aqilin deyil, daha 15 zabitin də öldürülməsinin mümkün olduğunu bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, siyahı İDF-nin mətbuat xidməti tərəfindən dərc edilib.
İsrail ordusunun məlumatına görə, sentyabrın 20-də Livanın paytaxtı Beyrutun ətraflarında Hizbullah komandirləri və zabitlərinin görüşü keçirilib. Orada “Rədvan” xüsusi təyinatlı dəstəsinin rəhbərləri də olub. Məhz bu məqamda zərbə endirilib, mətbuat xidməti qeyd edib.
İDF kəşfiyyatı əmindir ki, "Hizbullah" rəhbərliyi məhz Radvan hücum bölməsinin qüvvələri ilə İsrailin şimal ərazilərinə işğala başlamağı planlaşdırıb.
Həmçinin bu gün İDF Livanın cənub ərazilərində 180-ə yaxın hədəfin məhv edildiyini açıqlayıb. Bildirilib ki, İsrail artilleriyası Livanın cənubundakı ərazilərə silsilə hücumlar həyata keçirib, çünki bundan əvvəl oradan Yuxarı Qaliley, Qolan təpələri və Safed şəhəri istiqamətində 90-a yaxın raket atılıb.


Baxış sayı: 61


Bölməyə aid digər xəbərlər
20-09-2024, 09:23 Zəlzələ baş verib