Bütün xəbərlər
Budapeştdə son 11 ilin ən güclü selinin olacağı gözlənilir
Tarix: 21-09-2024 08:16 | Bölmə: Karusel

Macarıstanın paytaxtı son illərin ən güclü daşqınlarını yaşayır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, şənbə günü, sentyabrın 21-də Dunay çayında suyun səviyyəsinin qalxması pik həddinə və 8,5 metrə çatacaq. Bu barədə "Index" informasiya portalı məlumat yayıb.
Qeyd olunur ki, Budapeştdə sahilboyu istehkamlar 9 metrə qədər hündürlükdə ucaldılıb, onların uzunluğu 88 kilometrdir.
2013-cü ildə Macarıstanın paytaxtında Dunay çayının səviyyəsi 891 santimetrə çatıb.
Daha əvvəl bildirilmişdi ki, Avropa ölkələrində anomal yağıntılar səbəbindən minilliyin daşqınları gözlənilir.




Baxış sayı: 73


Bölməyə aid digər xəbərlər
20-09-2024, 09:23 Zəlzələ baş verib