09:23 / 20-09-2024
Zəlzələ baş verib
Bütün xəbərlər
Qazaxıstan miqrasiya nəzarətini gücləndirməyi planlaşdırır
Tarix: 20-09-2024 16:59 | Bölmə: Karusel

Qazaxıstanda miqrasiya nəzarətinin gücləndirilməsinə yönələcək yeni düzəlişlər paketinin hazırlanması məsələsi müzakirə olunur, Respublika Daxili İşlər Nazirliyinin Miqrasiya Xidməti Komitəsinin sədri Aslan Atalıkov bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hazırda əcnəbilərin qeydiyyat institutunun qaytarılması məsələlərinə baxıldığını deyən Atalıkov düzəlişlərin Qazaxıstan Respublikası ərazisində 30 gündən artıq qalmaq niyyətində olanlara şamil ediləcəyini vurğulayıb.
“Biz əcnəbilərin qeydiyyatı prosedurunu sadələşdirilmiş qaydada, informasiya texnologiyalarından istifadə etməklə, lazımsız bürokratiyaya yol vermədən həyata keçirməyi planlaşdırırıq”, - deyə, o, Mərkəzi Rabitə Xidmətində keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, bu cür tədbirlər miqrasiya nəzarətini təkmilləşdirmək üçün effektiv alətlər yaradacaq.
“Yeni deportasiya institutunun tətbiqi planlaşdırılır ki, bu da miqrasiya qanunvericiliyini aşkar və qərəzli pozanların Qazaxıstandan daha tez çıxarılmasına imkan verəcək”, - Atalykov qeyd edib.


Baxış sayı: 35


Bölməyə aid digər xəbərlər
Dünən, 09:23 Zəlzələ baş verib