09:23 / 20-09-2024
Zəlzələ baş verib
Bütün xəbərlər
Zəlzələ baş verib
Tarix: 20-09-2024 09:23 | Bölmə: Karusel

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Kemerovo vilayətinin Taştagöl bələdiyyə rayonunda sentyabrın 20-də yerli vaxtla saat 00:01-də 4,3 bal gücündə zəlzələ qeydə alınıb.
“Zilzələnin episentrindən 50 kilometr aralıda yerləşən ərazilərin tədqiqi üçün üç əməliyyat qrupunun işi təşkil olunub”, - deyə, Fövqəladə Hallar Nazirliyinin regional baş idarəsindən bildirilib.
Xilasedicilər bütün sosial əhəmiyyətli obyektlərə baxış keçirib və dağıntıların olmadığını, avtomobil və dəmir yollarında nəqliyyatın hərəkətinin pozulmadığını, bütün sistemlərin normal işlədiyini bildiriblər.
Hazırda yaşayış sektoru ilə bağlı araşdırma aparılır.
Bu arada yerli Telegram kanalları bəzi evlərdə gipsin düşdüyünü, mağazalardakı rəflərdən butulkaların düşdüyünü əks etdirən foto və videolar yayımlayır.
Eyni zamanda, Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Sayan bölməsi zəlzələnin əsas təkanının maqnitudasının 4,6 bal olduğunu və onun Biyskaya Qriva silsiləsi ərazisində baş verdiyini açıqlayıb. RİA Novosti xəbər verir ki, Taştagöl kəndindən 19 kilometr şimaldadır.
Bundan əvvəl sentyabrın 9-da Kuzbassdakı Şereqeş kurortunun yaxınlığında üç zəlzələnin baş verdiyi bildirilirdi.


Baxış sayı: 23


Bölməyə aid digər xəbərlər
Bu gün, 09:23 Zəlzələ baş verib