Bütün xəbərlər
Matvienko ən çox sevdiyi zarafatını həbsxanadakı qadınlar haqqında danışıb
Tarix: 20-09-2024 00:23 | Bölmə: Karusel

Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko Sankt-Peterburqda keçirilən IV Avrasiya Qadınlar Forumunda qadınlarla bağlı ən çox sevdiyi lətifəni deyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “iki qadın 10 il həbsdə yatıb, eyni vaxtda azadlığa çıxıblar, daha 2 saat danışıblar”, - deyə, siyasətçi müzakirə zamanı zarafat edib.
Onun sözlərinə görə, bu lətifə zərif cinsin bir çox nümayəndələrini çox yaxşı xarakterizə edir və onların təbiətini göstərir.
Həmçinin görüş zamanı parlamentin yuxarı palatasının sədri bəyan edib ki, Avrasiya Qadınlar Forumunun səfiri adının təsis edilməsi və sammitin fəal və daimi iştirakçılarına verilməsinin vaxtı çatıb.


Baxış sayı: 20


Bölməyə aid digər xəbərlər