Bütün xəbərlər
Moskvadan Minvodıya uçan təyyarə təcili olaraq Volqoqradda eniş edib
Tarix: 17-09-2024 11:29 | Bölmə: Karusel

Sentyabrın 17-də səhər saatlarında Moskvadan Mineralnıye Vodıya uçan Aeroflot aviaşirkətinin təyyarəsi Volqoqrad hava limanında məcburi eniş edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu, saat 8:30-da - "SU1338" reysi paytaxtdan havaya qalxdıqdan təxminən saat yarım sonra baş verib.
Volqoqrad hava limanının nümayəndəsi Anastasiya Qolodovanın jurnalistlərə verdiyi məlumata görə, buna səbəb sərnişinlərdən birinin səhhətinin pis olmasıdır.
O, təyyarədən endirilib və həkimlərə təhvil verilib. Volqoqrad Dövlət Televiziya və Radio Yayımları Şirkəti xəbər verir ki, təyyarə növbəti uçuşa hazırlaşır.
Bir gün əvvəl İrəvandan Moskvaya uçan təyyarənin Həştərxanda məcburi eniş etdiyi barədə məlumat yayılmışdı. Bu da xəstəxanaya yerləşdirilməli olan sərnişinə görə baş verib.


Baxış sayı: 47


Bölməyə aid digər xəbərlər