Bütün xəbərlər
İran səfiri: "Prezident Pezeşkian Kazanda keçiriləcək BRİKS sammitində iştirak edəcək"
Tarix: 15-09-2024 11:10 | Bölmə: Karusel

İranın Rusiya Federasiyasındakı səfiri Kazem Cəlali İran lideri Məsud Pezeşkianın Kazanda keçiriləcək BRİKS sammitində iştirak edəcəyini təsdiqləyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "İran İslam Respublikasının prezidenti Kazanda keçiriləcək sammitdə iştirak edəcək", - TASS Cəlalidən sitat gətirir.
BRİKS sammiti oktyabrın 22-dən 24-dək Tatarıstanın paytaxtında keçiriləcək. Bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, artıq 20-dən çox dövlət lideri tədbirdə iştirakını təsdiqləyib.


Baxış sayı: 56


Bölməyə aid digər xəbərlər