Bütün xəbərlər
Mercedes komandasının pilotu Rassel Azərbaycan Qran Prisinin üçüncü məşqini qazanıb
Tarix: 14-09-2024 16:07 | Bölmə: Karusel

Bakıda "Formula 1"in 17-ci mərhələsinin - Azərbaycan Qran Prisinin üçüncü sərbəst yürüşü başa çatıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, yarışın qalibi Mercedes komandasının pilotu Corc Rassel olub.
26 yaşlı britaniyalı ən yaxşı dövrəsini bir dəqiqə 42,514 saniyəyə başa vurub. İkinci yeri Ferrari pilotu Çarlz Lekler (+0,013 saniyə), ilk üçlüyü isə McLaren komandasının pilotu Lando Norris (+0,223) tamamlayıb.
Azərbaycan Qran Prisinə vəsiqə yarışları da şənbə günü, Moskva vaxtı ilə saat 15:00-da başlayacaq.
Fərdi yarışda 16 mərhələdən sonra Red Bull komandasının pilotu Maks Verstappen 303 xalla lider, Norris ikinci (241 xal), Lekler üçüncü (217) yerdədir.


Baxış sayı: 68


Bölməyə aid digər xəbərlər