18:51 / 06-10-2024
Ayı güllələnib
Bütün xəbərlər
Şimali Osetiyanın Sosial Əmək Nazirliyinin rəhbəri vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə görə saxlanılıb
Tarix: 14-09-2024 15:45 | Bölmə: Karusel

Şimali Osetiyanın əmək və sosial inkişaf naziri Alina Aydarova dövlət müqavilələri bağlayarkən vəzifə səlahiyyətlərini aşmaqda şübhəli bilinərək 48 saat saxlanılıb, bu barədə Daxili İşlər Nazirliyinin respublika üzrə Baş İdarəsi məlumat yayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, araşdırmaya görə, nazirliyin vəzifəli şəxsləri 2022-ci ilin yanvarından 2023-cü ilin may ayına qədər bir təchizatçı ilə rəqabətsiz malların tədarükü üçün 53 dövlət müqaviləsi bağlayıblar. Dövlət müqavilələrinin ümumi məbləği 35 milyon rubl təşkil edib.
Bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmə maddəsi ilə cinayət işi açılıb.
Nəzarət qurumu xəbər verir ki, Respublika Prokurorluğu istintaqın gedişini nəzarətə götürüb.


Baxış sayı: 108


Bölməyə aid digər xəbərlər